...

Nazir müavini: "Gənclər və İdman Nazirliyi gənclik yaş həddinin 35-dən 30-a endirilməsində israr edir"

Cəmiyyət Materials 10 Fevral 2007 11:54 (UTC +04:00)

"Gənclər və İdman Nazirliyi gənclik yaş həddinin 35-dən 30-a endirilməsində israr edir." Bu sözləri Trend ə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Nazir müavini qeyd edib ki, gənclik yaş həddinin 35 götürülməsi beynəlxalq normalara uyğun deyil.

"Biz hər il BMT və digər beynəlxalq təşkilatlara hesabat veririk. Bu zaman ölkədə nə qədər gəncin olduğunu müəyyənləşdirmək xeyli vaxt aparır. Çünki biz məcbur oluruq ki, Azərbaycandakı gənclik yaş həddini beynəlxalq normalara uyğunlaşdıraq. Ona görə də gənclik yaş həddi 35-dən 30-a endirilməlidir", -deyə İntiqam Babayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti