...

Gürcüstanın azərbaycanlılar yaşayan Qardabani rayonunda müəssisələrə qazı "Orucov və sağlamlıq" şirkəti tədarük edəcək

Cəmiyyət Materials 10 Fevral 2007 13:03 (UTC +04:00)

Gürcüstanın azərbaycanlılar yaşayan Qardabani rayonunda fəaliyyət göstərən "Orucov və sağlamlıq" yerli şirkəti yerli müəssisələrə xidmət göstərmək hüququ alıb. Trend in müxbirinə Milli Enerjitənzimləmə Komissiyasından bildiriblər ki, qəbul etdikləri qərara əsasən şirkətin fəaliyyət arealı genişləndirilib.

Əvvəl şirkət yalnız azərbaycanlılar yaşayan Qaratahlə kəndinə qaz tədlarük edib, lakin son vaxtlar fəaliyyətini genişləndirmək qərarına gəlib və orta təzyiqli yeni qaz şəbəkəsi tikib. İndi "Orucov və sağlamlıq" şirkəti yerli müəssisələrə də qaz tədarük edə bilər.

Xəbər lenti

Xəbər lenti