...

Rusiyanın boks federasiyası açıq məktubla Azərbaycana müraciət edib

Cəmiyyət Materials 10 Fevral 2007 13:12 (UTC +04:00)

Rusiyanın boks federasiyası (RBF) açıq məktubla AIBA-nın bütün üzvlərinə, o cümlədən Azərbaycana müraciət edib.

Trend RBF-in rəsmi saytına istinadən xəbər verir ki, bunun səbəbi AIBA-nın İcra komitəsinin Tayvanda işinin lap əvvəlində baş verən qalmaqal olub: bu təşkilatın vitse-prezidenti Eduard Xusainov ekstremist qruplardan biri ilə əlaqədar olması ilə bağlı qeyri-müəyyən vaxta tutduğu vəzifədən kənar edilib. "E.Xusainov, bunun üçün heç bir sübut təqdim olunmadan və günahsızlıq prezumpsiyasına məhəl qoymadan terrorda ittiham olunub. Ona müdafiə olunmaq, öz günahsızlığını sübut etmək üçün imkan verilməyib. Hətta məhkəmədən nə boksa, nə də Rusiyanın boks federasiyasına heç bir aidiyyatı olmayan başqa bir şəxsin ittiham olunması haqqında sübut aldıqdan sonra da AIBA İcra komitəsi E.Xusainovu işə buraxmayıb", - deyə məktubda qeyd olunub.

Həmçinin qeyd olunub ki, "AIBA-da demokratiya və olimpizm vaxtları başlamadan başa çatıb. AIBA-nın yeni rəhbərliyinə səs verərək, həvəskar boks şəxsi diktatura və dözülməzlik rejimi seçib. Əgər hazırda biz ümumi səylərlə AIBA-da bu özbaşınalığı dayandırmasaq, o zaman bu gün boks üzərində faktiki olaraq sərhədsiz hakimiyyət əldə edən və ondan bu cür üsullarla istifadə edən insanlar bizim ölkələrdə boksu məhv edəcəklər".

Xəbər lenti

Xəbər lenti