...

Azərbaycanda turizmin inkişaf proqramı yaza qədər təsdiqlənəcək

Cəmiyyət Materials 10 Fevral 2007 13:54 (UTC +04:00)

Azərbaycanda turizmin inkişaf proqramı (2007-2016-cı illər) yaza qədər təsdiqlənəcək. Bu barədə Trend ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Proqram layihəsi artıq ayrı-ayrı hökumət strukturlarına təqdim edilib və baxılır. Nazirlikdən bildiriblər ki, proqram ölkədə turizm sənayesinin inkişafına, turizm komplekslərində xidmət səviyyəsinin dünya standartlarına çatdırılmasına yönəlib.

Proqram çərçivəsində Azərbaycanın bir neçə regionunda - Lənkəran, Qusar, Xızı-Dəvəçi zonası və s. yerlərdə turizm zonalarının yaradılması planlaşdırılır. Proqramda həmçinin Göygöl və Şəki-Zaqatala ətrafında yeni turizm komplekslərinin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti