...

Sankt-Peterburqda Azərbaycan ədəbiyyatı və incəsənətinə həsr olunmuş mərasim keçirilib

Cəmiyyət Materials 12 Fevral 2007 11:22 (UTC +04:00)

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Sankt-Peterburq administrasiyasının nəzdində olan "Rektorskiy klub"da Azərbaycan ədəbiyyatı və incəsənətinə həsr olunmuş tədbir keçirilib. Bu barədə Trend ə Sankt-Peterburqdakı Baş Konsulluqdan məlumat verilib.

200 nəfərin qatıldığı mərasimdə Sankt-Peterburq universitetlərinin rektorları, yazıçılar, bəstəkarlar, rəssamlar ittifaqlarının nümayəndələri, tanınmış politoloqlar, jurnalistlər, Sankt-Peterburq administrasiyasının, federal təhlükəsizlik xidmətinin rəsmi şəxsləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu Qüdsi Osmanov və digər şəxslər çıxış ediblər. Sonra mərasimin bədii-musiqili hissəsində Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı müğənni Sədi Sədiyevin ifasında dahi Azərbaycan şairləri Nizami Gəncəvinin və Füzulinin Azərbaycan dilində və tanınmış şair-tərcüməçi V.Qafarovun tərcüməsində rus dilində şerləri səslənib. S.Sədiyev görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun mahnılarını da ifa edib. Konsertin sonunda müğənni tərəfindən azərbaycanlıların ümumilli lideri H.Əliyevin qızı Sevil Əliyevanın anası Z.Əliyevanın xatirəsinə həsr etdiyi "Ana" mahnısını oxuyub. Tədbirin rəqs hissəsində Sankt-Peterburq şəhərində yaşa

yan azərbaycanlı rəqqasə Səbinə İsmayılova Azərbaycan milli rəqsləri ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti