...

Azərbaycan cüdoçuları Fransada keçirilən Dünya superkubokunda üç medal qazanıblar

Cəmiyyət Materials 12 Fevral 2007 13:14 (UTC +04:00)

Fransada keçirilən cüdo üzrə Dünya superkubokunda Azərbaycan komandası bir qızıl, bir gümüş və bir bürünc mükafat qazanıb.

Trend xəbər verir ki, gənclər arasında dünya birinciliyinin qalibi Nicad Şıxəlizadə (60 kq) ən yaxşı nəticə əldə edib, o, finalda yapon Tatsuaki Equsanın üzərində tam qələbə qazanıb. İki ölkə məktəbinin qarşıdurması 73 kq-a qədər kateqoriyanın finalında davam edib. Burada Avropa çempionu Elnur Məmmədli (73 kq) Yusuka Kanamara məğlub olub. Ən təcrübəli yerli cüdoçularımızdan biri Mehman Əzizov da (81 kq) medalsız qalmayıb. Dörddə bir finalda uduzmasına baxmayaraq, o, təsəlliverici döyüşlərdə bürünc mükafat uğrunda mübarizə aparmaq hüququ qazanıb və bundan uğurla istifadə edib.

Qeyd etmək lazımdır ki, turnirin sonunda komanda birgə həftəlik təlim-məşq hazırlıqları üçün Fransada qalıb.

Xəbər lenti

Xəbər lenti