...

Mətbuat Şurası "Xocalı soyqırımı Azərbaycan mətbuatında" mövzusunda dəyirmi masa təşkil edəcək

Cəmiyyət Materials 12 Fevral 2007 15:12 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası "Xocalı soyqırımı Azərbaycan mətbuatında" mövzusunda dəyirmi masa təşkil edəcək. Bu barədə Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Tədbirin fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilməsi nəzərdə tutulub. Toplantıda Xocalı soyqırımının mətbuatda necə işıqlandırılması, bu faciənin ölkə və dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılıma səviyyəsi, mövzunun işıqlandırılması üçün daha hansı tədbirlərin görülməsi kimi məsələlər müzakirəyə çıxarılacaq. Dəyirmi masada Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ziyalılar, tarixçilər, ekspertər iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti