...

ABBF və EBFF bodibildinq üzrə 2007-ci il Avropa çempionatının Bakıda keçirilməsinə dair müqavilə imzalayıblar

Cəmiyyət Materials 12 Fevral 2007 15:33 (UTC +04:00)

Azərbaycan bodibildinq federasiyası (ABBF) Avropa Federasiyası ilə (EBFF) bodibildinq, bodifitnes və qarışıq cütlüklər üzrə Avropa çempionatının 2007-ci ilin may ayında keçirilməsi mövzusunda müqavilə imzalayıblar.

ABBF başçısı Rauy Bünyatəliyevin Trend ə verdiyi xəbərə görə, birinciliyin paytaxtda təşkil olunması haqqında qərar hələ ötən il Praqada keçirilən Beynəlxalq Federasiyanın Konqresində qəbul olunub və bu yaxınlarda EBBF-in İcra komitəsində rəsmi təsdiqini alıb. "Təşkilatın prezidenti Rafael Santoxanın başçılığı ilə onun rəhbərliyi bütövlükdə yarışa hazırlığın gedişatından razı qaldı. Bundan başqa, R.Santoxa işin gedişi ilə tanış olmaq üçün Bakıya təftiş komissiyasını göndərməyi lazım bilmədi", - deyə R.Bünyatəliyev vurğulayıb.

Qeyd etmək lazımdır ki, qitənin ən yaxşı atletlərini toplayan bodibildinq üzrə Avropa çempionatı Bakıda artıq ikinci dəfə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti