...

Mətbuat Şurasının şikayətlər üzrə Komissiyası 7 müraciəti araşdırdı

Cəmiyyət Materials 12 Fevral 2007 16:40 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclasında quruma ünvanlanan 7 müraciət araşdırılaraq müvafiq rəylər çıxarılıb. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

Xəzər Dövlət Dəniz Gəmiçiliyinin "Fakt" qəzetinin 19-26 dekabr 2006-cı il tarixli sayında dərc olunmuş "Talan siyasəti" yazısı ilə bağlı şikayəti müzakirə edilib.

Komissiya "Fakt" qəzetinin "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir neçə bəndlərini, həmçinin "KİV haqqında" Qanunun 10-cu maddəsinin tələblərini pozduğu rəyinə gəlib. Komissiya "Fakt" qəzetini rəhbərliynə fəaliyyətində dönüş yaratmağı, peşə davranışı qaydalarına sayğı ilə yanaşmağı tövsiyyə edib.

"24 saat" qəzetində dərc olunmuş "Aydın Bəşirov yola salınır" (26 dekabr 2006-cı il) yazısının da bilavasitə konkret faktlar əsasında deyil, şaiyələr, təsdiqini tapmayan məlumatlar əsasında qələmə alındığı qənaətinə gəlinib, Peşə Davranışı Qaydalarının bəndlərinin və "KİV haqqında" Qanunun 10-cu maddəsinin tələblərinin pozulduğu barədə rəy çıxarılıb. Komissiya Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin "Yeni Azərbaycan bələdiyyəsi" qəzetinin ötən ilin dekabr saylarında gedən "Anonslar"la əlaqədar müraciətini müzakirə edərkən belə qənaətə gəlib ki, nəşrin qarşı tərəflə müsahibə aparması, yaxud onun mövqeyini əks etdirən məktubunu dərc etməsi ilə məsələ həllini tapa bilər.

Komissiya həmçinin tərəflərin arqumentini nəzərə alaraq Qaradağ Polis İdarəsi əməkdaşının "Qanun və Cəmiyyət" qəzeti ilə bağlı müraciətini həll olunmuş sayıb.

Sonda komissiya "Yeni Çağ" qəzetinin son saylarında dərc olunmuş bir sıra yazılarda adıçəkilən şəxslərin həqiqətən şəxsiyyətlərinin alçaldıldığı, tənqidin yol verilməyən hədlərinə geniş yer verildiyi qənaətinə gəlib. Belə hallar pislənilməklə yanaşı qəzət rəhbərliyindən təkzib vermək və qarşı tərəflərdən üzr istəmək tələb olunub.

Xəbər lenti

Xəbər lenti