...

Dövlət Komitəsinin sədri: "Rusiyanın miqrantlarla bağlı yeni qanunu soydaşlarımızın həyatını daha da yaxşılaşdıracaq"

Cəmiyyət Materials 12 Fevral 2007 17:09 (UTC +04:00)

"Rusiyada miqrantların hüquqi statusu ilə bağlı qəbul olunmuş yeni qanun bu ölkədə yaşayan soydaşlarımızın həyatını daha da yaxşılaşdıracaq, onların tez-tez üzləşdikəri mənfi halları azaldacaq". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıqlayıb.

O, qeyd edib ki, Dövlət Komitəsinin Rusiyada yeni qanundan sonra həmvətənlərimizlə bağlı heç bir ajiotaj olmayacağı ilə bağlı proqnozu özünü doğrultdu. N.İbrahimovun sözlərinə görə, yeni qanun qüvvəyə mindikdən sonra soydaşlarımızın deportasiyası halları artmayıb, əksinə əvvəlki illərlə müqayisədə belə faktlar azdır: "Rusiyadan könüllü şəkildə Azərbaycana qayıdanlar da var. Müəyyən sayda azərbaycanlıların Rusiyadan çıxarılması halları ola bilər. Lakin ümumilikdə bu qanundan sonra qeyri-leqal yaşayan soydaşlarımız qeydiyyata düşəcək, Rusiyanın tamhüquqlü vətəndaşı olacaq, özünün, ailəsinin, övladlarının problemləri olmayacaq və əvvəllər rəsmi qeydiyyatı olmadığından üzləşdiyi neqativ hallarla da rastlaşmayacaq"-deyə N.İbrahimov vurğulayıb.

Komitə sədri əlavə edib ki, soydaşlarımızın hər hansı bir xarici ölkədə qanuni, qeydiyyatla yaşayaması həm də onların bu ölkənin ictimai, siyasi həyatında yaxından iştirak etməsinə, dövlət qurumlarında çalışmasına şərait yaradar.

Xəbər lenti

Xəbər lenti