...

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəyə "İlin Adamı" mükafatı təqdim olunub

Cəmiyyət Materials 12 Fevral 2007 20:40 (UTC +04:00)

Fevralın 12-də "Hyatt Regency" otelində Milli Qəhraman Çingiz Mustafayev adına Fondun və ANS Şirkətlər Qrupunun 2001-ci ildə təsis etdiyi və bu günə qədər bir sıra mötəbər şəxslərə təqdim olnmuş "İlin Adamı" mükafatının təqdim etmə mərasimi keçirilib. Trend in məlumatına görə, mərasimdə bu ilki mükafat Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəyə təqdim olunub.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, Hacı Allahşükür Paşazadə bu mükafata 2006-cı ildəki fəaliyyətinə görə layiq görülüb. Mükafatın Bütün Qafqazın şeyxinə verilməsi məsələsində münsiflər heyəti üzvlərinin fikirləri tam olaraq üst-üstə düşüb.

"İslam dininin düzgün anlaşılması, layiq olduğu şəkildə təbliği, Qafqazda dini tolerantlıq mühitinin formalaşması istiqamətində gördüyü işlər, nümayiş etdirdiyi fəal vətəndaşlıq mövqeyi, xüsusəndə dini liderlərin Moskvada Ümumdünya sammitinin keçirilməsinə nail olması kimi xidmətləri və xeyriyyəçilik fəaliyyətinə görə Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə "İlin Adamı" mükafatına layiq görülüb", -deyə Vahid Mustafayev vurğulayıb.

O qeyd edib ki, H.A.Paşazadənin ötən ilki fəaliyyəti zəngin olub. Bildirib ki, məhz Bütün Qafqazın şeyxinin fəaliyyəti nəticəsində Azərbaycanda dini tolerantlıq mövcuddur və bu bütün dünyada qəbul olunur. Azərbaycanda yaşayan bütün təriqətlərin nümayəndələri dinc şəraitdə yaşayırlar. Sünnilər və şiələr eyni məscidə namaz qılırlar: "Bundan başqa Hacı Allahşükür Paşazadə
ölkədə gedən proseslərdə fəal vətəndaş mövqeyi ilə seçilir."

Sonra şeyxin 2006-cı ildəki fəaliyyətini əks etirən video çarx nümayiş etirilib.

Mərasimdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə "İlin Adamı" mükafatının onun üçün əziz olduğunu bildirdi. Bu mükafata layiq görüldüyünə görə Milli Qəhraman Çingiz Mustafayev adına Fondun və ANS Şirkətlər Qrupuna təşəkkürünü bildirib.

"Arzu edirəm ki, tezliklə Qarabağı erməni işğalından azad edək və mən Şuşa məscidində mükafat təqdim edim", deyə şeyx vurğuladı.

Milli Qəhraman Çingiz Mustafayevi xatırlayan şeyx deyib ki, Çingiz Mustafayev Vətən uğurunda şəhidlik zirvəsinə yüksəlib.

Sonra Milli Qəhraman Çingiz Mustafayevin oğlu Fuad Mustafayev "İlin Adamı" mükafatını şeyxə təqdim edib.

H.A.Paşazadəyə 4000 min yeni Azərbaycan manatı və poladdan saat də təqdim olunub. Şeyx Dağlıq Qarabağın azadlığı uğurunda apardıqları mübarizəyə görə pul mükafatını ANS Şirkətlər Qrupuna qaytarıb.

Xəbər lenti

Xəbər lenti