...

Dövlət Komitəsinin sədri: "Azərbaycanda dini vəziyyət sabitdir"

Cəmiyyət Materials 12 Fevral 2007 20:51 (UTC +04:00)

"Azərbaycanda dini vəziyyət sabitdir." Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

Bir neçə gün əvvəl ölkənin şimal bölgəsinə etdiyi səfərə toxunan dövlət komitəsinin sədri vurbulayıb ki, bu səfər bir sıra məsələlərin yerindəcə aydınlaşdırılması baxımından faydalı olub.

"Son 10 ildə şimal bölgəsinə belə bir səfər olmamışdı. Ona görə də buna çox ciddi ehtiyac var idi. Görüşlərdə dini icmaların qeydiyyatı, məscid tikintisi, dini maarifçilik və başqa məsələləri müzakirə etdik, sualları cavablandırdıq. Keçirdiyimiz görüşlər faydalı oldu", -deyə Hidayət Orucov əlavə edib.

H.Orucov bildirib ki, bölgələrə sərəflərini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti