...

"Belçika-Azərbaycan evi"nin rəhbəri: "Azərbaycanı Tanıtma Fondunun emblem və əsasnaməsini hazırlamışıq"

Cəmiyyət Materials 13 Fevral 2007 12:20 (UTC +04:00)

"Belçika-Azərbaycan evi"nin rəhbəri Bülənt Gürcam Azərbaycanı Tanıtma Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib və artıq bu qurumun emblemini, əsasnaməsini hazırlayıb. Bu barədə Trend ə "Belçika-Azərbaycan evi"nin rəhbəri Bülənt Gürcam məlumat verib.

O bildirib ki, bu təşəbüsünü Azərbaycanın hakim partiyası Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun və Prezident Aparatının ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun da diqqətinə çatdırıb. Çünki qeyri-dövlət qurumu olsa da, belə bir Fondun yaradılması üçün prezident sərəncam verməlidir. B.Gürcam hesab edir ki, bu qurum yaradılarsa, Azərbaycanı müxtlif ölkələrdə tanıtmaq üçün tədbirlər keçirə, xarici dillərdə ölkəmiz haqqında kitablar, digər nəşrlər çap edib yaya, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün işlər görə bilər. Həmçinin Fond Azərbaycan prezidentinin səfər etdiyi ölkələrdə səfərdən əvvəl dövlətimiz barədə məlumatların, təbliğati işlərin aparılmasını təşkil edə bilər.

B.Gürcam qeyd edib ki, Azərbaycanı Tanıtma Fondunun müxtəlif ölkələrdə, o cümlədən, Avropanən mərkəzi şəhəri olan Brüsseldə ofisinin açılması, təliğati işlərə başlanması lazımdır.

Xəbər lenti

Xəbər lenti