...

Boks üzrə Azərbaycan komandası Bolqarıstanda keçiriləcək türnirdə iştirak edəcək

Cəmiyyət Materials 13 Fevral 2007 14:52 (UTC +04:00)

Boks üzrə Azərbaycan komandası fevralın 14-də Bolqarıstanda keçiriləcək "Strandja" böyük beynəlxalq turnirində iştirak edəcək.

Yığmanın baş məşqçisi Məmməd Eyvazov Trend ə bildirib ki, yarışda ölkənin idman şərəfini Avropa Çempionatının gümüş mükafatçıları Samir Məmmədov (54 kq), Şahin İmranov (60 kq) və Rahib Bəylərov, ölkə çempionu Cavid Tağıyev (81 kq), həmçinin qitə birinciliyinin üçüncü medalçısı Elçin Əlizadə (91 kq) qoruyacaq. Yarışda həmçinin Rusiya, Ukrayna, Türkiyə və bir çox digər dünya ölkələrinin dəri əlcək ustaları iştirak edəcək.

Qeyd etmək lazımdır ki, bu yarış yerli bokçularımız üçün bu mövsümdə ilk beynəlxalq yarış olacaq. Bu yarışla paralel olaraq Bolqarıstanda Avropa Həvəskar Boks Assosiasiyasının (EABA) texniki komitəsinin iclası keçiriləcək, bu iclasda bir sıra mühüm məsələlər müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti