...

Təhsil Nazirliyində korrupsiyaya qarşı mübarizə ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib

Cəmiyyət Materials 13 Fevral 2007 17:11 (UTC +04:00)

Təhsil Nazirliyində korrupsiyaya qarşı mübarizə ilə bağlı yaradılmış işçi qrupunun növbəti iclası keçirilib. Bu barədə Trend ə iclasda iştirak etmiş Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov məlumat verib.

Toplantıda Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov qrupun fəaliyyəti barədə geniş məlumat verib. "Qaynar xətt" vasitəsilə neqativ halların aradan qaldırıldığını diqqətə çatdıran İ.Pirməmmədov işçi qrupunun bu istiqamətdə fəaliyyətini təqdir edib. Nazirlik rəsmisi qarşıya çıxan çətinliklər, işin müsbət istiqamətdə həlli üçün yaranan obyektiv və subyektiv amillərə toxunaraq ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının fəallığının vacibliyini diqqətə çatdırıb.

Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiya hüquq təşəbbüsü (ABA/CELL) təşkilatının Azərbaycan üzrə direktoru Frenk Hepse öz çıxışında "Qaynar xətt"in, təhsildə korrupsiyaya qarşı mübarizənin effektli alınması üçün ictimaiyyət nümayəndələrinin, QHT-lərin fəaliyyətinin zəruruliyindən danışıb. O, "Qaynar xətt"in dövlət tərəfindən keçirilməsini müsbət hal kimi qiymətləndirib və işin uğurlu alınması üçün dünya təcrübəsindən nümunələr göstərib, onun mahiyyəti, həyata keçirilmə mexanizmi, forma və metodlarının Azərbaycanda necə reallaşdırmağın yollarını açıqlayıb.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru V.Mövsümov çıxışında təhsil sistemində korrupsiyanın qarşısının alınması üçün dövlət orqanlarının və ictimaiyyətin birgə əməkdaşlığının gücləndirilməsi, təhsil sahəsində çalışan insanlar və təhsil alan şəxslər arasında hüquqi maarifləndirmə işinin genişləndirilməsi, ali və orta təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizə ilə bağlı seminar və məşğələlər keçirilməsi, monitorinqlərin təşkili kimi təkliflər səsləndirib.

Sonda birgə fəaliyyət proqramı hazırlanarkən işçi qrupunda səslənən təklif və mülahizələrin öz əksini tapması və bu fəaliyyəti həyata keçirəcək qurumların vəzifələrinin müəyyənləşdirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti