...

Qeydiyyat vərəqələri Azərbaycana gələn xaricilərin üzərində nəzarəti sərtləşdirəcək

Cəmiyyət Materials 13 Fevral 2007 17:38 (UTC +04:00)

Azərbaycana gələn və 30 sutkaya qədər respublika ərazisində yaşayan bütün xaricilər sərhəddə qeydiyyat vərəqələri doldurmalı olacaqlar. Bu barədə Trend ə Miqrasiya xidmətinin (MX) rəisi polis polkovniki Şövqü Hadıyev məlumat verib.

Hazırda DİN MX qeydiyyat vərəqələrinin tətbiqi üzrə layihə hazırlayır. Layihədə nəzərdə tutulub ki, xaricilər təyinat yerinə gələrkən Azərbaycanın rayon idarələrinə və polis bölmələrinə qeydiyyat vərəqələri təqdim edəcəklər. Həmçinin ölkəyə gələn qonaqların qohum və tanışları da polisdə xariciləri qeydiyyatdan keçirə bilərlər. Qeydiyyatdan 30 sutka sonra əgər xarici qonaqlar vaxtında vətənə qayıtmasalar, yerli polis orqanları onların qeyri-leqal kimi axtarışına başlayacaq.

Qeyd edək ki, bu cür qeydiyyat vərəqələri Rusiya Federasiyasında da var.

Xəbər lenti

Xəbər lenti