...

İş adamı Telman İsmayılov Moskvanın "Çerkizov" bazarındakı obyektlərini şəhərdən kənara köçürəcək

Cəmiyyət Materials 15 Fevral 2007 12:39 (UTC +04:00)

Moskvanın "Çerkizov" bazarının bağlanması barədə qərardan sonra orada bir sıra ticarət obyektlərinin sabihi olan "İST şirkətlər qrupun"nun rəhbəri Telman İsmayılov öz obyektlərini şəhərdən kənar yerlərə köçürəcək. Bu barədə Trend ə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva şəhər təşkilatının rəhbəri İlqar Hacıyev məlumat verib.

O bildirib ki, Moskva şəhər rəhbərliyi bu bazarın yerləşdiyi ərazidə yaşayış qəsəbəsi salınması üçün bazarın bağlanması barədə qərarı hər il təxirə salırdı. Lakin bu il artıq qərar icra olunacaq və bazarın yerində tikinti işlərinə başlanılacaq. Həmyerlimiz Telman İsmayılov isə bazarının Moskvadan kənar əraziyə köçürülməsi proqramının hazırandığını açıqlayıb: "Ümumiyyətlə, Moskvada zavod və fabriklər, topdansatış ticarət mərkəzləri, bazarlar şəhərin mərkəzindən çıxarılıb ətraf ərazilərə köçürüləcək. Azərbaycanlı iş adamı Araz Ağalarov hələ neçə il əvvəl uzaqgörənlik edib öz obyektlərni şəhərdən kənar yerdə tikdirmişdi. Bu gün də onun ticarət mərkəzlərindən ibarət şəhərkənarındakı şəhərcik fəaliyyət göstərir"-deyə İ.Hacıyev bildirib.

Xəbər lenti

Xəbər lenti