...

Keçmiş səhiyyə naziri Əli İnsanovun və digər 10 nəfərin mühakimə işi üzrə hazırlıq iclası öz işinə başlayıb

Cəmiyyət Materials 15 Fevral 2007 12:46 (UTC +04:00)

Fevralın 15 -də Ağır cinayətlərə dair işlər üzrə məhkəmədə keçmiş səhiyyə naziri Əli İnsanovun və digər 10 nəfərin mühakimə işi üzrə hazırlıq iclası öz işinə başlayıb. Trend xəbər verir ki, məhkəmə iclasına hakim Faiq Qasımov sədrlik edir.

Əli İnsanov və 10 şəxs rüşvət alma, rüşvət vermə, dövlət əmlakını mənimsəmə, vəzifədən süi-istifadə etmə və digər cinayətlərdə təqsirli bilinir.

Qeyd edək ki, Ə.İnsanovdan başqa digər təqsirləndirilən şəxslər zamindədirlər. Həmin şəxslərdən 6-sı Səhiyyə nazirliyinin, 4-ü isə müxtəlif dərman firmalarının əməkdaşlarıdır. Hazırlıq iclasında vəkillərin təqdim etdikləri vəsatətlər araşdırılır. Hazırlıq iclası davam edir.

Xəbər lenti

Xəbər lenti