...

Peyğəmbəri təhqir etməkdə təqsirləndirilən publisistin cinayət işi üzrə materiallar Nəsimi rayon məhkəməsinə göndərilib

Cəmiyyət Materials 15 Fevral 2007 13:20 (UTC +04:00)

Fevralın 15-də Məhəmməd peyğəmbəri öz məqaləsində təhqir etməkdə təqsirli bilinən publisist Rafiq Tağının və məqalənin çap olunduğu "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun cinayət iş üzrə materiallar Baş prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsindən Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilib. Bu barədə"Trendə" Rafiq Tağının vəkili Səyyad Məmmədov məlumat verib.

İttiham aktında qeyd olunur ki, Tağıyev Rafiq Nəzir oğlu Hüseynov Samir Sədaqət oğlunun baş redaktoru olduğu "Sənət" qəzetinin 1 noyabr 2006-cı il tarixli 16-cı sayının 24-cü səhifəsində dərc etdirdiyi "Avropa və biz" adlı məqaləsində islam dininə və Məhəmməd peyğəmbərə qarşı nifrət ifadə edən fikirlər yaymaqla, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər törədib.

Rafiq Tağı ittihamla razılaşmayaraq, öz ifadəsində göstərib ki, "Avropı və biz" adlı məqaləni yazmaqda məqsədi Avropa dəyərlərinin Azərbaycan üçün daha vacib olduğunu əsaslandırmaq olub. O, bu hərəkəti ilə dini nifrət və düşmənçiliyin salınması məqsədi güdməyib.

Samir Sədaqətoğlu ifadəsində göstərib ki, məqalə çapa gedərkən Lənkəranda olub. Məqalə ilə qəzetin səhifəsindən tanış olub və Rafiq Tağının dinə bağlı fikirləri ilə razılaşmadığını onun özünə bidirib.

Cinayət işi üzrə materiallar hələ heç bir hakimin icrasına verilməyib.

Xəbər lenti

Xəbər lenti