...

Taekvando üzrə Azərbaycan yığması planlarını müəyyən edir

Cəmiyyət Materials 15 Fevral 2007 13:26 (UTC +04:00)

Taekvando üzrə Azərbaycan yığması mayda Pekində keçiriləcək dünya çempionatına hazırlıqla bağlı yekun planını hələ müəyyən etməyib..

Trend xəbər verir ki, hazırda komanda Qubada təlim-məşq toplantıları keçirir, bütün birincilər və yığmaya namizədlər bura cəlb olunub. Məşqçi qərargahı qarşıdan gələn mundiala hazırlıq sxemini hələ qəti şəkildə təsdiq etməyib. Bakıda bu həftə keçiriləcək açıq çempionatı isə Milli Federasiya beynəlxalq təqvimin dolu olması səbəbindən təxirə salıb.

Çempionata qədər komandanın Hollandiya, yaxud Almaniyada keçiriləcək nüfuzlu yarışa qatılacağı, daha sonra yüksək yerlər qazanmaq üçün Pekinə yola düşəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti