...

Bu il Gəncədə 8 orta məktəb əsaslı təmir olunacaq

Cəmiyyət Materials 15 Fevral 2007 16:20 (UTC +04:00)

Bu il Gəncədə 8 orta məktəb əsaslı təmir olunacaq. Bu barədə məlumatı Trendin Qərb Bürosu Gəncədə səfərdə olan Təhsil naziri Misir Mərdanova istinadən verib.

Nazir bildirib ki, təmir işlərinin aparılaması üçün imkanlar axtarılacaq və əldə olunan vəsait hesabına bu işlər həyata keçiriləcək. "Əsaslı təmir olunacaq məktəblər müasir avadanlıqlarla təmin olunacaq. Bundan əlavə 5 məktəbə parta, stol, stul və digər ləvazimatlar veriləcək. Bir sözlə, 13-14 məktəb ilin sonuna kimi öz daxili və xarici simasını dəyişəcək" - deyə M. Mərdanov bildirdi.

Xəbər lenti

Xəbər lenti