...

Azərbaycan Ombudsmanı aparatı əməkdaşları Bakı şəhərinin müvəqqəti təcridxana və polis şöbələrinə baxış keçirib

Cəmiyyət Materials 15 Fevral 2007 16:23 (UTC +04:00)

Azərbaycanda insan haqları üzrə səlahiyyətli nümayəndənin aparatı əməkdaşları Bakı şəhərindəki müvəqqəti təcridxana və polis şöbələrində olublar. Bu barədə Trend ə ombudsman aparatından bildiriblər.

Ombudsmanın nümayəndələri paytaxtın Xətai, Nizami, Suraxanı, Əzizbəyov, Nərimanov rayonlarının dörd şöbəsində olub. Nümayəndələr təcridxanalarda saxlanılan şəxslərlə görüşüb, onların saxlanması şəraiti ilə, kameraların, gəzinti üçün ayrılmış yerlərin vəziyyəti ilə tanış olublar, eyni zamanda dini ayinlərin icrası üçün ayrılmış otaqlara baxış keçirib və öz tövsiyələrini veriblər.

Keçirilən baxışın nəticələri Daxili İşlər Nazirliyinə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti