...

Təhsil Nazirliyi yeni 5 illik proqram həyata keçirməyə başlayıb

Cəmiyyət Materials 15 Fevral 2007 18:36 (UTC +04:00)

Təhsil Nazirliyi yeni 5 illik proqram həyata keçirməyə başlayıb. Bu barədə məlumatı Təhsil naziri Misir Mərdanov verib.

Nazir qeyd edib ki, proqdramda bir sıra məsələlər nəzərdə tutulub. Onlardan biri təhsil müəssisələrinin komüterləşməsi işinin davam etdirilməsidir. Bu prosesdə internet şəbəkəsinə qoşulma və internetlə təminat məsələsinə fikir veriləcək. M. Mərdanov ədavə edib ki, hər bir təhsil müəssisəsində lokal şəbəkənin yaradılması və elektron məktəb layihəsi həyata keçiriləcək.

Təhsil naziri bildirdi ki, ilk belə elektron məktəb layihəsi bu il Bakının bir neçə orta məktəbində həyata keçiriləcək, gələn il isə respublikanın müxtəlif bölglərində elektron məktəblər yaradılcaq.

Xəbər lenti

Xəbər lenti