...

Londonda Azərbaycan muğam axşamı keçirilib

Cəmiyyət Materials 16 Fevral 2007 11:34 (UTC +04:00)

Britaniya ictimaiyyətinin muğam sənəti və Azərbaycan folkloru ilə tanış edilməsi Azərbaycanın Böyük Britaniyadakı səfirliyi, Londonda Azərbaycan Cəmiyyəti və London Universitetinin Şərq və Afrika Tədqiqatları şöbəsi tərəfindən Londonda təşkil edilmiş muğam axşamı ilə bağlı tədbirin əsas qayəsi olub.

Səfirlikdən Trend ə bildiriblər ki, konsert London Universitetinin Şərq və Afrika Tədqiqatları şöbəsində Mahmud Salah, Elman Sadıxov və Qoçağa Əsgərovun triosunun iştirakı ilə keçirilib.

Bundan başqa, "VVS" radiosunda musiqiçilərin çıxışı lentə yazılıb. Konsertdən öncə gənc azərbaycanlı fotoqraf A.Bağırzadənin Azərbaycan və azərbaycanlılar mövzusunda fotosərgisi nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti