...

2004-cü il olimpiadasının bürünc mükafatçısı İradə Aşumova Norveçdə keçirilən yarışda iştirak edəcək

Cəmiyyət Materials 16 Fevral 2007 17:03 (UTC +04:00)

Afinada keçirilən olimpiadanın güllə atıcılığı üzrə bürünc mükfatçısı İradə Aşumova fevralın 20-27-də Tronxeymedə keçirilən beynəlxalq yarışda iştirak edəcək.

Azərbaycanın Gənclər və İdman Nazirliyindən Trend ə bildiriblər ki, komandanın tərkibində həmçinin gənclər arasında Avropa birinciliyinin gümüş mükfatçısı Nigar Bağırova və Ruslan Lunyev olacaq. Yarışlar 25 metrlik məsafəyə kiçik kalibirli silahdan, eləcə də 10 metrlik məsafəyə pnevmatik silahdan atəş açma üzrə keçiriləcək. Bu yarış N.Bağırova və İ.Aşumovanın medal qazandıqları Münhen yarışından sonra onlar üçün ikinci mötəbər yarış olacaq.

Qeyd edilməlidir ki, Norveçdə keçirilən Bu yarış lisenziya xarekterli olmaqla mart ayında Fransada keçiriləcək Avropa Çempionatına hazırlıq olacaq.

Xəbər lenti

Xəbər lenti