...

Avro-2008–də Polşa-Azərbaycan seçim matçını bolqar arbitrləri mühakimə edəcək

Cəmiyyət Materials 16 Fevral 2007 17:49 (UTC +04:00)

FİFA-nın bolqariyalı arbitrlər briqadası martın 24-də Varşavada keçiriləcək Avropa-2008 çempionatının Polşa-Azərbaycan seçim matçında xidmət göstərəcək.

AFFA-dan Trend ə verilən məlumata əsasən, meydançada referi Anton Genov, baş mühakimin assistentləri rolunda Nikolay Angelov və Nikolay Petrov çıxış edəcək. Texnika zonasında nizam-intizama nzarət edəcək dördüncü arbitr Xristo Ristoskov olacaq.

Görüşün şərtsiz favorit ranqında "A" qrupunda üçüncü yerdə qərar tutmuş meydan sahibləri çıxış edir və qitə birinciliyinin final mərhələsinə çıxış üçün yaxşı şansları var. Polşalılar bir xalla lider olan finlərdən geri qalır. Azərbaycan yığmasının aktivində yalnız bir xal və alt qrupda sonuncu yeri var.

Xəbər lenti

Xəbər lenti