...

Millət vəkili Qənirə Paşayeva: "Dövlət Ramil Səfərovun müdafiəsi ilə bağlı müxtəlif istiqamətlərdə addımlar atır"

Cəmiyyət Materials 16 Fevral 2007 18:51 (UTC +04:00)

Azərbaycan dövləti Ramil Səfərovun müdafiəsi ilə bağlı müxtəlif istiqamətlərdə addımlar atır. Trend in məlumatına görə bu barədə jurnalistlərə açıqlamasında Ramil Səfərovun Hüquqlarını Müdafiə üzrə Koordinasiya Şurasının üzvü, millət vəkili Qənirə Paşayeva bildirib.

Q.Paşayeva qeyd edib ki, ilk növbədə Appelyasiya Məhkəməsində Ramil Səfərovun işinə ədalətli baxılması istiqamətində addımlar atılır. Millət vəkili deyib ki, istintaq və birinci məhkəmə prosesi zamanı Ramil Səfərovun işi ilə bağlı çox ciddi qusurlara yol verilib. Ona görə də müdafiə tərəfi indi bu məsələlərin üzərində işləyir.

Bundan başqa dövlət səviyyəsində R.Səfərovun Azərbaycan tərəfinə təfil (ekstradisiya) verilməsi ilə bağlı iş aparılır.

Q.Paşayeva deyib ki, ekstradisiya ilə bağlı müxtəlif variantlar və təkliflər var. Bununla bağlı müzakirələr davam etdirilir.

"Qaşıda duran əsas vəzifələrdən biri Macarıstanda fəaliyyət göstərən diaspora tərəfindən Ramil Səfərova mənəvi dəstək verilməsini təmin etmək idi. Bu istiqamətdə də xeyli iş görülüb. Diaspora nümayəndələri məhkəmədə fəal iştirak edəcəklər", -deyə millət vəkili əlavə edib.

Qeyd edək ki, Azərbaycan Sialhlı Qüvvələrinin baş leytenantı Ramil Səfərov Macarıstanın paytaxtı Budapeşt şəhərində erməni zabiti Qurgen Markaryanı öldürməkdə ittiham edilərək 2003-cü ildə həbs olunub.

Xəbər lenti

Xəbər lenti