...

Nazir: Salyanda ailənin üç üzvünün ölümü yerin bataqlıq olması və sanitar şəraitin olmaması ilə bağlı ola bilər

Cəmiyyət Materials 16 Fevral 2007 18:57 (UTC +04:00)

Salyanda bir ailənin iki üzvünün "quş qripi" virusundan və bir üzvün bronxopnevmoniyadan ölməsinin səbəbi bu ailənin yaşadığı yerin şəraiti ilə bağlı ola bilər - yerin bataqlıq olması, elementar sanitar-gigiyena qaydalarına riayət olunmaması, sanitar şəraitin olmaması və başqa amillər bu dərəcədə pis nəticəyə səbəb olub. Trend xəbər verir ki, bu barədə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev əhali üçün keçirilmiş İnternet-forumda bildirib. "Ona görə də, düşünürəm ki, günahkarları axtarmaq o qədər də düzgün deyil", - deyə nazir qeyd edib.

Qeyd edək ki, Ümumdünya səhiyyə təşkilatının (ÜST) London laboratoriyası Salyaeıe vəfat etmiş sakini və Neftçala rayonunun Boyat kəndində doğulan şəxsin qan nümunələrində "quş qripi" virusunun olmadığını bəyan edib. Onlar ikitərəfli pnevmoniya səbəbindən vəfat ediblər.

Çöl quşlarının mövsümi miqrasiyasını diqqətə alaraq və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Azərbaycan Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi əhaliyə quşlarla sıx əlaqədən çəkinməyə, ev quşlarını çöl quşlarından ayrı saxlamağa, quş ölümü müşahidə edərkən baytarlıq xidməti orqanlarına məlumat verməyi, çöl quşlarını ovlamamağı və istifadə etməməyi tövsiyyə edir.

Xəbər lenti

Xəbər lenti