...

"Trend"in yeni layihəsi – TREND Photo işə başladı

Cəmiyyət Materials 16 Fevral 2007 19:00 (UTC +04:00)

http://photo.trendaz.com ünvanında Trend agentliyinin yeni layihəsi TREND Photo işə başladı.

Saytda müxtəlif rubrikalar üzrə regionda son hadisələr barədə fotomateriallar yerləşdirilib. Həmçinin bədii fotoşəkillər də yer alıb. İstifadəçilər fotomateriallarla tanışlıqdan sonra "qutu"ya lazımi fotoşəkli əlavə edib, sonra isə koordinatlarını qoyaraq onu əldə edə bilər. Trend agentliyinin meneceri dərhal müştəri ilə əlaqə saxlayacaq.

İstifadəçilərin xidmətinə aşağıdakı fotomaterial rubrikaları təqdim olunub: Reportaj, Şəhər, İqtisadiyyat, Ekologiya, Mədəniyyət, Peyzaj, Portrer, İdman və b.

TREND Photo-da istifadəçiyə lazımi məlumatın axtarışı üçün effektiv axtarış mövcuddur. Bu, istifadəçiyə ona lazım olan fotoşəklin daha tez və rahat tapmasına kömək edəcək.

Xəbər lenti

Xəbər lenti