...

Azərbaycanın taekvando üzrə yığmasının zədəli liderləri cərgəyə qayıdır

Cəmiyyət Materials 16 Fevral 2007 20:24 (UTC +04:00)

Azərbaycanın taekvando üzrə yığmanın travmalı liderləri cərgəyə qayıdır.

Milli komandanın baş məşqçisi Ələkbər İmaməliyevin Trend ə verdiyi məlumata əsasən, ölkəmizin ən titullu taekvandoçusu Niyaməddəin Paşayev məşqləri bərpa etdirib. Dünyanın eks-çempionu və Avropanın ikiqat çempionu dizindəki zədə ilə bağlı ilin əvvəlində ötən mövsümün bir sıra vacib startlarını buraxıb. Bu həmçinin Avropa çempionu İlkin Şahbazova da aiddir. O, zədəyə baxmayaraq, Azərbaycan çempionatında iştirak edib və bunda sonra reabilitasiya kursu keçib.

A. İmaməliyev həmçinin qeyd edib ki, yaxın vaxtlarda komanda Pekində dünya çempionatı ərəfəsində çıxış edəcək turnirlə müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti