...

Qrossmeyster Vüqar Həşimov "Aeroflot Open" turnirinin liderlər qrupundadır

Cəmiyyət Materials 17 Fevral 2007 11:35 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Vüqar Həşimov bu günlərdə Moskvada keçirilən "Aeroflot Open" ənənəvi beynəlxalq turnirdə liderlər qrupundadır.

Trend xəbər verir ki, üç görüşdən sonra şahmatçı aktivində iki xala malikdir və liderlərin arxasınca gedir. Ötən oyunu Vüqar moldovalı Dmirtriy Svetuşkinlə heç-heçə oynayıb və İsveçrə sistemi ilə aparılan yarışın favoriti Yevgeniy Tomaşevskidən bir xal geridə qalır.

Üçüncü turda qələbəni Rusiyadan Denis Xizmatulini məğlub etmiş Rauf Məmmədov qazanıb, gənclər arasında dünya və Avoropa birinciliyinin qalibi, həmçinin "A" turnirində çıxış edən Eltac Səfərli Aleksey Korotılyevə uduzub.

Xəbər lenti

Xəbər lenti