...

Azərbaycan Boks Federasiyasının prezidenti AIBA-nın baş katib vəzifəsini tuta bilər

Cəmiyyət Materials 17 Fevral 2007 12:42 (UTC +04:00)

Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev Ümümdünya Həvəskar Boks Federasiyasının (AIBA) baş katibi vəzifəsini tuta bilər.

Trend xəbər verir ki, AIBA rəhbəri Çin-Kuo Iu 2003-2006-cı illər ərzində maliyyə fırıldaqlarında adı çəkilən Caner Doğaneli tutduğu vəzifədən müvəqqəti olarq azad edib. A.Əbiyev bildirib: "Bu qərarı Iu auditor yoxlamaları əsasında qəbul edib və türkün taleyini indi AIBA-nın etika komissiyası həll edəcək. AIBA prezidenti Ümumdünya Assosiasiyanın bütün üzv-ölkələrinə öz qərarı barədə çatdırıb".

Qeyd etmək lazımdar ki, keçən il Dominikan Respublikasında AIBA konqresində məhz A.Əbiyev baş katib vəzifəsinə əsas namizədlərdən biri idi. Lakin səvermədə C.Doğanəli onu qabaqlamışdı.

Xəbər lenti

Xəbər lenti