...

Çexiyanın "Lidiçe" Xatirə Kompleksində Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı tədbirlər keçiriləcək

Cəmiyyət Materials 19 Fevral 2007 18:03 (UTC +04:00)

Çexiyanın "Lidiçe" Xatirə Kompleksində Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı geniş, silsilə tədbirlər keçiriləcək. Bu barədə Trend ə Azəri-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov məlumat verib.

Bu tədbir "Azəri-Çex Cəmiyyəti" ilə Lidiçe Xatirə Kompleksinin rəhbərliyi arasında 2006-cı ildə əldə edilmiş razılaşma əsasında təşkil olunacaq. İki aydan çox davam edəcək tədbirər planına rəsm və fotosərgilər, elmi seminarlar, sənədli film nümayişi, faciənin canlı şahidləri ilə görüşlər və disskusiyalar, həmçinin Azərbaycan mədəniyyəti, tarixi, mədəniyyəti, mətbəxi və müsiqisinin təqdimatı daxildir. Tədbirlər planı çərçivəsində Praqanın Vaçlav meydanında çadır qurulacaq və orada Xocalı soyqırımına həsr olunmuş filmlər, fotoşəkillər nümayiş etdiriləcək, soyqırıma həsr olunmuş kitablar, SD-lər paylanacaq. Həmçinin soyqırıma etiraz olaraq imzatoplama kampaniyası aparılacaq və imzalar beynəlxalq təşkilatlara göndəriləcək.

Xəbər lenti

Xəbər lenti