...

ANS-in tezliyinə elan olunan müsabiqədə sənəd qəbuluna başlandı

Cəmiyyət Materials 20 Fevral 2007 11:31 (UTC +04:00)

Bu gün - fevralın 20-də ANS televiziyası və ANS-CM radiosunun tezliyinə rəsmi qaydada müsabiqə elan olundu. Bu barədə Trend ə Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Fevralın 20-də dövlət qəzetlərində müsabiqənin elanı və onun şərtləri dərc olunub. Bu gündən etibarən ANS-in yayımlandığı tezliyi qazanmaq üçün Teleradio Şurasına sənəd qəbuluna başlanılır. Sənəd qəbulu martın 20-dək davam edəcək. Ondan sonra bir ay ərzində müsabiqənin yekunlarına dair qərar çıxarılmalıdır.

Xəbər lenti

Xəbər lenti