...

Xocalı soyqırımının ildönümü Birləşmiş Ərəb Əmirliklərində də qeyd olunacaq

Cəmiyyət Materials 20 Fevral 2007 11:39 (UTC +04:00)

Fevralın 24-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinin "JW Merriott" otelində Xocalı faciəsinin 15-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

BƏƏ-dəki Azərbaycan Cəmiyyətinin sədri Samir İmanovun təşkilatçılığı ilə planlaşdırılan tədbirə 150 nəfərdən artıq qonaq dəvət olunub. Mərasimdə ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən bəhs edən foto sərgi nümayiş olunacaq və Xocalı soyqırımı ilə bağlı qonaqlara geniş məlumatlar veriləcək. Xocalı faciəsinə aid məlumatların və fotoların bu ölkənin mətbuat orqanlarında dərc olunması üçün tədbirə ərəb və ingilis dillərində nəşr olunan bir çox KİV nümayəndələri, o cümlədən böyük nüfuza malik "Albayan" və "Gulf News" qəzetlərinin əməkdaşları da dəvət olunublar.

Xəbər lenti

Xəbər lenti