...

Hacı Məmmədovun qrupunun işi üzrə çıxış edən vəkillər məhkəmənin qərarını aldılar

Cəmiyyət Materials 20 Fevral 2007 12:39 (UTC +04:00)

Fevralın 20-də Azərbaycan DİN-in Baş Cinayət Axtarışı İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədovun başçılıq etdiyi, insanların silsilə qətllərində və oğurluqlarında ittiham olunan qrupun vəkilləri məhkəmədə baxılan işə dair Ağır cinayətlərə dair işlər üzrə Məhkəmənin qərarını alıblar. Bu barədə Trend ə məhkəmədən məlumat verilib.

H.Məmmədovun vəkili Səməd Əliyevin qeyd etdiyi kimi, o, artıq 20 gün ərzində məhkəməyə göndərməli olduğu apelyasiya şikayətini hazırlayıb.

Bununla yanaşı, digər vəkil Oqtay Qarakməzli hesab edir ki, müdafiənin demək olar ki, bütün nümayəndələri Ağır cinayətlərə dair işlər üzrə Məhkəmənin qərarına şikayət vermək üçün Apelyasiya məhkəməsinə müraciət etmək niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti