...

İtaliyadan olan FİFA referesi Avro-2008 Azərbaycan –Finlyandiya seçim turunu mühakimə edəcək

Cəmiyyət Materials 20 Fevral 2007 15:37 (UTC +04:00)

FİFA-nın italiyalı arbitlər briqadası martın 28-də T. Bəhramov adına respublika stadionunda keçiriləcək Avro-2008 Azərbaycan -Finlyandiya seçim turunda xidmət edəcək.

AFFA-dan Trend ə verilən məlumata əsasən, görüşün baş referesi Domeniko Messina, meydanda hakimin assistentləri Stefano Aroldi və Marsello Ambrozini olacaq. Dördüncü arbitrin vəzifəsini dəyişikliklər aparacaq, həmçinin ehtiyat skamyası və texniki zonada nizam-intizamı izləyəcək Paolo Tacliveanto yerinə yetirəcək.

Maraqlıdır ki, D.Messina 1994-cü ildə İtaliyanın "A" seriyasının matçlarına xidmət edib, 1998-ci ildə FİFA-nın arbitri olub. Bununla yanaşı, o, İtaliyanın idman tribunalının yayda müqavilə matçları barədə qaldırdığı işə cəlb olunub, lakin D.Messina bəraət qazanıb.

Xəbər lenti

Xəbər lenti