...

Baltikyanı ölkələrdə , Ukrayna və Moldovada da Xocalı soyqırımının ildönümü qeyd olunacaq

Cəmiyyət Materials 21 Fevral 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi ilə birgə anma mərasimləri keçirəcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Moldovada isə Moldova Azərbaycanlıları Konqresinin Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş xatirə gecəsinin keçirilməsi nəzərdə tutulub. Xocalı soyqırımı ilə bağlı anma mərasimləri Bel a rusda da təşkil ediləcək. Belarus Azərbaycan İcmaları Konqresi Azərbaycan Respublikasının Belarusdakı səfirliyi ilə birgə Xocalı şəhidlərinin xatirə gecəsini keçirməyi planlaşdırır.

Estoniya Respublikasının Tallin şəhərində "Aydan" Estoniya-Azərbaycan Dostluq cəmiyyəti tərəfindən Xocalı soyqırımına həsr olunmuş toplantı keçiriləcək. Yerli ictimaiyyət nümayəndələrinin və KİV təmsilçilərinin qatılacağı tədbirdə erməni vəhşiliyini əks etdirən fotosərgi təşkil olunacaq və Xocalı faciəsi ilə bağlı film nümayiş etdiriləcək. Bundan başqa, Vilnusda Litva Azərbaycanlıları cəmiyyəti və "Günəş" cəmiyyəti, Latviyada isə Riqa "Azəri-Vəhdət" cəmiyyəti Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi ilə birgə Xocalı soyqırımı ilə bağlı tədbirlər təşkil edəcəklər.

Xəbər lenti

Xəbər lenti