...

DAK Rusiyada böy ümə kdə olan irqçi mafiyanı ittiham edən bəyanat yayıb

Cəmiyyət Materials 21 Fevral 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Son zamanlar Rusiyada hər gün evini, iş yerini rus mafiyasına təslim edən soydaşlarımızın sayı artmaqdadır. Rusiyanın dövlət orqanlarının bu zorakılığa göz yumması mafiya qruplarını himayə etməsi kimi başa düşülür". Trend in məlumatına görə, bu fikirlər Dünya Azərbaycanlıları Konqresinin (DAK) yaydığı rəsmi bəyanatdandır.

Qeyd edək ki, bu yaxınlarda DAK-ın Məclis üzvü, Moskvada yaşayan azərbaycanlı Çingiz Sarıyev naməlum şəxslər tərəfindən qətlə yetirilib. DAK təmsilçisi Ç.Sarıyev Moskvada yerləşən ən böyük ərzaq bazarlarından birinin sahibi idi. Bir çox xeyriyyə işlərində iştirak edən Ç.Sarıyev Moskvada Azərbaycan diasporunun fəallarından idi.

DAK-ın bəyanatında bidirilir ki, Rusiya dövlət orqanlarının gizli mühafizəsi altında olan rus rasizmi dayanmadan gündəlik cinayətinə davam etməkdədir: "Elə bir gün yoxdur ki, bir soydaşımız rusçu mafiyalar tərəfindən ziyan çəkməsin. Olduqca böyüməyə meyl göstərən rus irqçiliyi get-gedə dövlət içində dövlətə çevrilməkdədir. Rusiyanın böyük qaçaqmalçılığını, silah bazarını, tikinti sahəsini, narkotik aliş-verişini idarə edən rusçu mafiyalar, son zamanlar gündəlik ərzaq bazarlarını da ələ keçirmək istəyir. İldə rus vergi orqanlarına milyardlarla rubl ödəyən azərbaycanlıların çoxu həmin gündəlik ərzaq işlərilə məşğuldurlar. Lakin rus mafiyasının bu irqçı və rasist davranışı soydaşlarımız qarşısında iki seçim qoyub - ya mafiyaya tabe olub onun qulluqçusuna çevrilmək, ya da ömür boyu qazandıqlarını atıb canını və ailəsini götürüb qaçmaq"-deyə DAK rusiyalı cinayətkar qrupları ittiham edib.

Xəbər lenti

Xəbər lenti