...

Naxçıvan cüdoçuları İranda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək

Cəmiyyət Materials 21 Fevral 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir C . Qurbanoğlu / Naxçıvan cüdoçuları İİR-də keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Bu barədə Trend in Naxçıvan Bürosuna Naxçıvan MR Gənclər və İdman Nazirliyindən bildiriblər.

Adıçəkilən nazirliyin mətbuat xidmətinin məlumatına görə, fevralın 24-dən startı veriləcək beynəlxalq turnirdə məşqçi Yaşar Səfərovun rəhbərliyi altında regionun 10 idmançısı mübarizə aparacaq. Urmiya şəhərində təşkil olunacaq turnirin fevralın 28-də başa çatacağı bildirilir.

Naxçıvan MR Gənclər və İdman Nazirliyindən onu da bildiriblər ki, fevralın 28-də isə Muxtar Respublika güləşçiləri elə həmin şəhərdə təşkil olunacaq sərbəst güləş üzrə beynəlxalq turnirə qatılacaq. 10 nəfərdən ibarət digər heyətə isə Elbrus Həsənov rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti