...

AFFA "Xəzər"i cərimələdi

Cəmiyyət Materials 21 Fevral 2007 17:12 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z. Səfərov/AFFA-nın İntizam Komitəsinin növbəti iclasının yekununa əsasən futbol üzrə ölkə çempionatının qızıl medalına namizəd olanlardan biri "Xəzər" min AZN məbləğində cərimələnib.

Assosiasiyadan verilən məlumata əsasən, "Neftçi"yə qarşı ötən turun qonaq matçında komandanın birdən beş oyunçusu sarı vərəqə aldığına görə, lənkəranlıları AFFA-nın xəzinəsinə bu məbləği ödəməyə məcbur ediblər. Bu oyunda bakılılar 1:0 hesabı ilə qələbə qazanıb.

Min AZN məbləğində həmçinin "Gənclərbirliyi"nə qarşı görüşdə azərkeşlərin qarışıqlığı səbəbindən Zaqatalanın "Simurq" komandası da cərimələnib. Belə ki,oyunun 72-ci dəqiqəsində oyunun gedişi ilə narazı olan fanatlar meydana şüşə qablar atıb, buna görə də "Simurq" meydanda təhlükəsizliyi təmin etmədiyinə görə cəzalandırılıb.

Xəbər lenti

Xəbər lenti