...

Hollandiya Bakıda bodibildinq üzrə 2007- ci il Avropa çempionatında iştirak etmək üçün ərizəçilər arasında birincidir

Cəmiyyət Materials 22 Fevral 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx. Z.Səfərov/ Bakıda may ayında keçiriləcək bodibildinq, bodifitnes və qarışıq cütlüklər üzrə Avropa çempionatında iştirak etmək üçün ölkələrin ərizələri artıq daxil olmağa başlayıb.

Milli Federasiyanın prezidenti Rauf Bünyatəliyevin Trend ə verdiyi xəbərə görə, yarışda kifayət qədər geniş tərkiblə təmsil olunacaq Hollandiya artıq lazımi sənədi göndərib. "Bu ərizə birincidir, lakin şübhəsiz onların sayı gündən-günə artacaq. Həm də qitə birinciliyində Köhnə dünyanın demək olar ki, bütün aparıcı idmançıları iştirak edəcəklər, ona görə də iştirakçıların say tərkibi kifayət qədər nüfuzlu olacaq", - deyə R.Bünyatəliyev qeyd edib.

Qeyd etmək lazımdır ki, Milli Federasiya çempionatın keçirilməsi üçün Avropa Federasiyası (EFBB) ilə müqaviləni təşkilatın İcraiyyə komitəsinin Praqada keçirilən iclasında imzalayıb.

Xəbər lenti

Xəbər lenti