...

Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın islah müəssisələrində insan hüquqlarının pozulduğu qeyd olunmayıb

Cəmiyyət Materials 23 Fevral 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.İbrahimxəlilova / Azərbaycanın penitensiar müəssisələrində insan hüquqlarının müdafiəsi ilə bağlı vəziyyət heç vaxt kritik olmayıb. Bunu beynəlxalq təşkilatların hesabatları da sübut edir. Bu barədə Azərbaycan Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı hadisələr və intihar faktları respublikada məhkumların hüquqlarının pozulduğunu sübut etmir. Məhbusların hüquqi müdafiəsi sahəsində çox işlər görülür, məsələn, Azadlıqdan məhrum etmə yerlərinin ictimai monitorinq komitəsi, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları tez-tez Azərbaycanın həbsxanalarının və islah müəssisələrinin monitorinqini aparır. Başqa ölkələrlə müqayisədə respublikada yalnız ayrı-ayrı intihar halları qeydə alınır və bu hallara dünyanın bütün islah müəssisələrində rast gəlinir. F.Qurbanovun qeyd etdiyi kimi, intihar hüquqların pozulması ilə deyil, məhbusun psixoloji vəziyyəti ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti