...

Futzal üzrə Azərbaycan yığmasını Avro -2007 seçimində heç - heçə təqib edir

Cəmiyyət Materials 24 Fevral 2007 13:54 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/ Futzal üzrə Azərbaycan yığmasını Hollandiyada keçirilən Avro-2007 seçimində heç-heçə sindromu təqib edir.

Meydan sahiblərilə heç-heçə (4:4) oynayan komanda onlardan qiymətli xalları alan yerli futbolçularımız ikinci turda serblərlə 5:5 hesabı ilə oynayıb. Hər iki komanda qələbəyə şanslı idi, lakin qalibi məlum etməmiş meydanı tərk ediblər.

Paralel yarışda Finlyandiyanı 2:1 hesabı ilə məğlub etmiş hollandlara heç-heçə hesabı sərf edib. İki turdan sonra meydan sahibləri və serblər hərəsi 4 xal əldə edib. Azərbaycan yığması isə üçüncü yerdə qərar tutub və yekun turda finlərlə oynayacaq.

Xəbər lenti

Xəbər lenti