...

Azərbaycanlılar Vaşinqtonda ABŞ Dövlət Departamentinin və Ermənistan səfirliyinin qarşısında etiraz aksiyaları keçirib

Cəmiyyət Materials 24 Fevral 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Vaşinqtonda ABŞ Dövlət Departamentinin və Ermənistan səfirliyinin qarşısında etiraz aksiyaları keçirilib. Bu barədə Trend ə Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti məlumat verib. ABŞ vaxtı ilə fevralın 23-də, Bakı vaxtı ilə bü gün - fevralın 24-də keçirilən tədbirlərdə Ermənistanın Azərbaycana təcavüzü, 20 faiz torpaqlarımızı işğal etməsi və ermənilərin Xocalıda azərbaycanlıları soyqırıma məruz qoyması qətiyyətlə pislənilib. Aksiyanın təşkilatçılarından olan DAK sədrinin müavini Rəhim Şahbazi bildirib ki, Xocalı soyqırımı ilə bağlı ABŞ Dövlət Departamentinə, beynəlxalq təşkilatlara müraciət hazırlanıb.

Xəbər lenti

Xəbər lenti