...

3-cü polis bölməsinin sabiq rəisinin məhkəməsinə hazırlıq iclası keçiriləcək

Cəmiyyət Materials 14 Noyabr 2005 15:17 (UTC +04:00)

Noyabrın 23-də Əzizbəyov rayon Məhkəməsində Əzizbəyov rayon Polis İdarəsinin 3-cü bölməsinin sabiq rəisi, polis mayoru Qurban Hüseynovun məhkəməsinə hazırlıq iclası keçirilicək. Bu barədə Trend ə Əzizbəyov rayon Məhkəməsinin sədri Araz Kazımov məlumat verib.

Məhkəmə baxışı Araz Kazımovun öz icraatındadır. Əzizbəyov rayon Prokurorluğu tərəfindən aparılmış ibtidai istintaq yolu ilə müəyyən edilib ki, Qurban Hüseynov avqustun 29-da öz xidməti səlahiyyətlərinin hüdudlarndan açıq-aşkar kənara çıxaraq həmin polis bölməsinin əməliyyat müvəkkili İsmayıl Məmmədovu döyərək bədən xəsarətləri yetirib.

Avqustun 30-da isə polis rəisinin bu əməlinə görə Əzizbəyov rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. Qurban Hüseynovdan barəsində başqa yerə getməmək haqqında iltizam alınıb və o, istintaqa cəlb edilib. Sentyabrın 3-də isə cinayət işi materiallarının qovluğu Əzizbəyov rayon Prokurorluğundan Bakı Şəhər Prokurorluğuna göndərilib və istintaq həmin Prokurorluğun İstintaq İdarəsində davam etdirilib.

Bakı Şəhər Prokurorluğunda aparılmış istintaq zamanı aydın olub ki, polis rəisi Qurban Hüseynov bölmənin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili, polis mayoru İsmayıl Məmmədovu işə gecikdiyinə görə döyüb. Ekspertiza müayinəsi zamanı zərərçəkənin alt çənəsinin ikitərəfli sınığı, baş-beyin çilkələnməsi, sağ bazunun, sağ kürək və sağ bud nahiyələrinin əzilmiş-sıyrılmış yaralarından ibarət xəsarətlər qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti