...

MDB - nin iştirakçı - dövlətləri vətəndaşların miqrasiyası sahəsində əməkdaşlıq haqqında yeni saziş imzalayacaqlar

Cəmiyyət Materials 26 Fevral 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ MDB-nin iştirakçı -dövlətləri vətəndaşların miqrasiyası sahəsində əməkdaşlıq haqqında yeni saziş imzalayacaqlar. MDB-nin İcraiyyə komitəsindən verilən xəbərə görə, MDB-nin iştirakçı-dövlətlərinin vətəndaşlarının miqrasiyası sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında saziş layihəsini Birlik ölkələrinin ekspertləri fevralın 27-də Astanada keçiriləcək iclasda müzakirə edəcəklər. Qazaxıstan Respublikasının hazırladığı layihəyə 16 oktyabr 2006-cı il tarixində Minsk şəhərində keçirilən Birliyin Xarici İşlər Nazirlərinin Şurasının iclasında baxılıb. XİNŞ-in qərarı ilə MDB-nin İcraiyyə komitəsinə Birliyin nizamnamə və başqa orqanları yanında Birliyin iştirakçı-dövlətlərinin daimi səlahiyyətli nümayəndələrinin Şurası ilə birgə artıq MDB çərçivəsində fəaliyyət göstərən miqrasiya sahəsində çoxtərəfli beynəlxalq-hüquqi aktları nəzərə alaraq, mətnin ekspertlər tərəfindən tamamlanmasının və razılaşdırılmasının təşkil olunması həvalə olunub. Hazırda Birliyin bir sıra iştirakçı-dövlətləri, eləcə də Ümumi həmkarlar ittifaqı konfederasiyası fevralın 27-də keçiriləcək ekspertlər qrupunun iclasında öz nümayəndələrinin iştirakını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti