...

Yaponiyanın Osaka əyalətində Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı sərgi təşkil olunub

Cəmiyyət Materials 26 Fevral 2007 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.İlhamqızı/ Yaponiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yaponiyanın Osaka əyalətində Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı tədbir keçirilib. Bu barədə Yaponiya-Azərbaycan Dostluq Cəmiyyətinin (YADC) sədri Rəhman Şahhüseynli məlumat verib.

Əvvəlcə Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. AYDC-nin yerləşdiyi binada soyqırımla bağlı sərgi təşkil olunub. Xocalı hadisələrini əks etdirən fotoşəkillər və ekranda videokadrlar nümayiş etdirilib. Sərgidə stend qoyularaq imzatoplama kampaniyası aparılıb. Sərgi və imzatoplama bütün gün boyu davam edib və yaponlara Xocalı soyqırımı, ermənilərin törətdiyi vəhşiliklər barədə məlumat verilib. Sonda Yaponiyanın Baş Nazirinə və parlamentin hər iki palatasına müraciət ünvanlanıb.

Xəbər lenti

Xəbər lenti