...

Prezidentin icra aparatının şöbə müdiri: Azərbaycanın hökumət orqanları ANS teleşirkəti ilə bağlı məsələnin tezliklə həll olunmasını istəyirlər

Cəmiyyət Materials 27 Fevral 2007 13:15 (UTC +04:00)
Prezidentin icra aparatının şöbə müdiri: Azərbaycanın hökumət orqanları ANS teleşirkəti ilə bağlı məsələnin tezliklə həll olunmasını istəyirlər

Azəbaycan, Bakı / Trend müxbir A.İsmayılova/ Azərbaycanın hökumət orqanları bildirir ki, ANS teleşirkəti ilə bağlı məsələnin tezliklə həll olunmasını istəyirlər. Azərbaycan prezidenti İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, dövlət bunu qısa müddətdə həll etməyə çalışır. O, həmçinin qanunun tələblərinə əsaslanmağın mühüm olduğunu hesab edir. "Biz hesab edirik ki, Milli Teleradioyayım Şurası bu məsələdə ölkə ictimaiyyətinin və prezidentin, eləcə də Avropa Şurasının rəyini nəzərə alacaq. Eyni zamanda qanunun tələblərinə riayət olunacaq", - deyə Ə.Həsənov AŞPA Monitorinq qrupunun həmməruzəçisi Toni Lloydun Azərbaycanın mətbuat azadlığını məhdudlaşdıran inzibati üsulların tətbiqini istisna etməyi öhdəsinə götürməsi ilə bağlı bəyanatını və onun ANS-in taleyində olan qeyri-müəyyənliyin tezliklə sona çatacağına ümid etdiyini şərh edərkən qeyd edib.

Şöbə müdiri həmçinin vurğulayıb ki, Azərbaycanın hökumət orqanları heç vaxt söz azadlığını məhdudlaşdıran inzibati üsullara əl atmayıb və gələcəkdə də bu vasitədən istifadə etmək niyyətində deyil. Bu, Azərbaycanın seçdiyi strateji inkişaf, demokratik dövlət quruculuğu yolunun tələbidir. O vurğulayıb ki, söz, fikir və mətbuat azadlığının pozulmasına yol verilməməsi - Azərbaycanda başlıca prinsiplərdən biridir.

Xəbər lenti

Xəbər lenti