...

Yaponiya ilə Azərbaycan arasında növbəti qrant sazişləri imzalandı

Cəmiyyət Materials 27 Fevral 2007 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Fevralın 27-də Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi" qrant yardım proqramı çərçivəsində 6 layihənin imzalanma mərasimi keçirilib. Yaponiyanın Azərbaycandakı səfirliyində keçirilən mərasimdə səfir Tadohiro Abe bu proqram haqda məlumat verib. Yaponiya hökuməti bu layihələrin həyata keçirilməsi üçün ümumi məbləği 523 min 614 ABŞ dolları həcmində qrant ayırıb.

Təhsil naziri Misir Mərdanov bildirib ki, altı layihədən beşi təhsil sahəsinə aiddir və həmin beş proqramdan dördü orta məktəblərin təmiri ilə bağlıdır. Nazir qeyd edib ki, layihə çərçivəsində Şəki, Kürdəmir, Quba, İmişli rayonlarında orta məktəblər, Gəncədə isə uşaq evi təmir olunacaq. M.Mərdanov 2000-ci ildən indiyədək Yaponiya hökumətinin Azərbaycanda 91 belə layihə həyata keçirdiyini, onların əksəriyyətinin məhz təhsil sahəsilə bağlı olduğunu deyib. Yaponiya kimi Azərbaycanın da elm və təhsilə xüsusi diqqət ayırdığını deyən nazir əlavə edib ki, bu il Azərbaycanda təhsil müəssislərinin tikilməsinə, təmirinə və avadanlıqlarla təchiz olunmasına 100 milyon yuan həcmində vəsait ayrılıb.

Çıxışlardan sonra nazir M.Mərdanov, səfir T.Abe və layihəni icra edəcək altı qeyri-hökumət təşkilatının rəhbəri layihə sənədini imzalayıblar.

Xəbər lenti

Xəbər lenti